Avtomobil yolları haqqında` qanuna dəyişiklik ediləcək
17:49 06 Noyabr 2017
Azərbaycanda “Avtomobil yolları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.
Femida.az-ın məlumatına görə, qanun layihəsinin 19-1-ci maddəsinin birinci hissəsində “yerli və respublika əhəmiyyətli avtomobil yollarında” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallarda” sözləri ilə əvəz edilməsi təklif olunur. Başqa sözlə, hazırda qüvvədə olan qanuna görə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, investisiyaların cəlb olunması, müasir standartlara cavab verən avtomobil yollarının tikilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyin təmin olunması məqsədi ilə yerli və respublika əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında ödənişli avtomobil yolları yaradıla bilər. Qanuna dəyişikliklər təsdiq olunsa, hazırda qüvvədə olan qanuna görə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, investisiyaların cəlb olunması, müasir standartlara cavab verən avtomobil yollarının tikilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyin təmin olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallarda, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında ödənişli avtomobil yolları yaradıla bilər.
Qeyd edək ki, “Avtomobil yolları haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihə ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsini (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallar, ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yolları) dəqiqləşdirmək, habelə ödənişli yolların yaradılması ilə bağlı zəruri məsələləri tənzimləmək məqsədi ilə hazırlanıb.
Ödənişli avtomobil yollarının yaradılması ilə bağlı digər hüquqi və təşkilati məsələlər (avtomagistraldan ödənişli yol kimi istifadə qaydası, hər bir nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumatın forması, bu istifadənin dayandırılması və xitam verilməsi qaydası və halları) qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Femida.az
Oxunub: 769
Oxşar xəbərlər
- Avtomobillə vurulan qadın xəstəxanada öldü - Gəncədə
- Avtomobili icarəyə götürüb satdı - Bakıda qəribə olay
- Avtomobili oğurladı, sürərkən tutuldu
- Avtomobili cərimə meydançasında olanlar üçün VACİB MƏLUMAT
- Avtomobil işıq dirəyinə çırpıldı
- Avtomobilin yan güzgülərini oğurlayan şəxs saxlanılıb
- Avtomobil piyadanı vurub
- Avtomobil yeniyetməni vuraraq öldürüb
- Avtomobil aşıb, ər və arvadı ağır yaralanıb
- Avtomobil ekskavatora çırpıldı, sürücü öldü